
Qırğızıstanın İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin III Universiadasında Azərbaycan cüdoçuları uğurlu çıxış ediblər.
Sportnet.az xəbər verir ki, yarışa yollanan doqquz idmançımızın hər biri medal qazanıb. Təmsilçilərimiz multi-idman turnirində 4 qızıl, 3 gümüş və 2 bürünc medal əldə ediblər.
Qızıl medallara yiyələnən idmançılar bunlardır:
- Nurlan Kərimli (-66 kq)
- Cəsur İbadlı (-90 kq)
- Könül Əliyeva (-48 kq)
- Südabə Ağayeva (-70 kq)
Gümüş medalları qazanıblar:
- Bahadır Feyzullayev (-60 kq)
- Mehdi Abbasov (-81 kq)
- Qurban Məmmədli (+100 kq)
Bürünc medallara layiq görülənlər:
- Mehdi Cəfərov (-73 kq)
- Əli Qazıməmmədov (-100 kq)
Yekunda Azərbaycan cüdo yığması 9 medalla komanda hesabında 3-cü yerə yüksəlib.