Azərbaycan Cüdo Federasiyası (ACF) Sumqayıt və Abşeron-Xızı regionundan olan cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramının icrasına start verib.
Sportnet.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, proqram çərçivəsində ACF-in hakimlər üzrə meneceri, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Mətin Rəhimli Beynəlxalq Cüdo Federasiyasının yeni tətbiq etdiyi qaydalarla bağlı təlim keçirib.
Qarşılıqlı diskussiya formatında keçən seminarda məşqçilərin sualları ətraflı cavablandırılıb.




















































































