27-28 sentyabrda Bakıda Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə kəmər dərəcələri üzrə rəsmi imtahan təşkil ediləcək.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıqdır.
Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF-nin müvafiq kəmər və sertifikatı təqdim ediləcək.
Qeyd edək ki, kəmər imtahanı peşəkarlıq səviyyənin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.
Məkan: Cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzi (ACF-nin inzibati binası)
Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 128
İmtahana qeydiyyat ödənişlidir. İştirak etmək istəyənlər təmsil etdiyi idman təşkilatı vasitəsilə və ya birbaşa ACF-ə müraciət edə bilər. Qeydiyyatla bağlı daha ətraflı məlumat üçün əlaqə vasitəsi: 010-232-98-77









































































