Bakı İdman Sarayında keçirilən Azərbaycan çempionatının üçüncü yarış günündə sərbəst güləşçilər mübarizəyə başlayıb.
Sportnet.az xəbər verir ki, pəhləvanlar 57 kq, 65 kq, 74 kq, 86 kq və 97 kq-da çıxış ediblər.
Nəticədə bu çəkilərdə finalçılar müəyyənləşib:
57 kq
İslam Bazarqanov (AGF) – Vasif Bağırov (Mywrestling)
65 kq
Rəşid Babazadə (“Neftçi”, Masallı) – Musa Ağayev (Astara)
74 kq
Ağanəzər Novruzov (Neftçi) – Turan Bayramov (Neftçi)
86 kq
Arseniy Djioyev (Neftçi) – Orxan Abasov (Neftçi)
97 kq
Maqomedxan Maqomedov (AGF) – Osman Nurmaqomedov (AGF)
Qeyd edək ki, yanvarın 10-da bu çəkilərdə qaliblər müəyyənləşəcək. Eyni zamanda sərbəst güləş üzrə 61 kq, 70 kq, 79 kq, 92 kq və 125 kq-da mübarizəyə start veriləcək.



















































































