Rusiyanın 24 yaşadək güləşçilərinin beynəlxalq yarışlarda ölkə bayrağı və himni ilə çıxış etmələrinə icazə verilib.
Sportnet.az-ın məlumatına görə, bu qərarı Dünya Güləş Birliyi (UWW) qəbul edib.
Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiashvili bildirib ki, böyüklər kateqoriyasındakı məsələlər hələ açıq qalır və yaxın günlərdə keçiriləcək iclasda müzakirə olunacaq”.
Qeyd edək ki, 2025-ci ilin fevralında rusiyalılara UWW bayrağı altında çıxış etməyə icazə verilmişdi. Bundan əvvəl idmançılar yalnız neytral statusda yarışlarda iştirak edirdilər.
Daha əvvəl rus gənc idmançıların milli atributlarla iştirakına Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF), Beysbol və Softbol Ümumdünya Konfederasiyası (WBSC), Ümumdünya Kerlinq Federasiyası (World Curling), Beynəlxalq Atçılıq Federasiyası (FEI), Beynəlxalq Qılıncoynatma Federasiyası (FIE) və Beynəlxalq Voleybol Federasiyası (FIVB) icazə vermişdi.
2025-ci ilin dekabrında isə Beynəlxalq Olimpiya Komitəsi (IOC) bütün beynəlxalq federasiyalara rus və Belarus idmançılarını gənclər kateqoriyalarında bayraq və himn altında qatılmalarını tövsiyə etmişdi. Bu tövsiyə həm fərdi, həm də komanda idman növlərinə aiddir.















































































