Qazaxda sərbəst və yunan-Roma güləşi üzrə U15 Azərbaycan çempionatına start verilib.
Sportnet.az-ın məlumatına görə, Qazax Olimpiya İdman Kompleksində keçirilən ölkə birinciliyinin ilk günündə sərbəst güləş üzrə 6 çəkidə finalçılar müəyyənləşib.
Gündüz seansında 38 kq, 41 kq, 44 kq, 48 kq, 52 kq və 57 kq-da müxtəlif mərhələlər üzrə mübarizə baş tutub.
Daha sonra yarışın təntənəli açılış mərasimi olub. Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Qazax güləş məktəbinin tanınmış simalarından biri, sərbəst güləş üzrə milli komandanın sabiq baş məşqçisi Firdovsi Umudov, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Fərid Mansurov və baş katib Pərvin Piriyev çıxış edib. Onlar son zamanlar ölkə güləşində həyata keçirilən islahatlardan, ilk dəfə U-15 yaş qrupu üzrə Azərbaycan çempionatına ev sahibliyi edən Qazaxın güləş ənənələrindən və bu yarışın önəmindən danışıblar.
Daha sonra dövlət himni səslənib və “Vətənim” rəqs ansamblının ifasında maraqlı şou proqram təqdim edilib.
Axşam seansında isə yuxarıda qeyd edilən 6 çəki üzrə yarımfinal görüşləri keçirilib. Finala vəsiqə qazanan güləşçilər aşağıdakılardır:
38 kq
Yusif Abdullayev (Abşeron, “Neftçi”) – Oğuz Paşayev (Gimnaziya)
41 kq
Cavanşir Süleymanov (MOİK, “Mywrestling”) – Elman İsmayılov (Gəncə, “Mywrestling”)
44 kq
Məhəmməd Kərimov (“Mywrestling”) – Ramal Hacıyev (Gəncə, “Mywrestling”)
48 kq
Əli Baloğlanov (Masallı, “Mywrestling”) – Tunar Sazmani (Siyəzən)
52 kq
Elgün Qurbanzadə (Göygöl, “Neftçi”) – Adəm Quliyev (Abşeron, “Mywrestling”)
57 kq
Tunar Sultanzadə (Şəmkir, “Mywrestling”) – Yılmaz Səmədov (Siyəzən)






















































































