Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatının dördüncü günündə Azərbaycanın iki qadın güləşçisi final görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, Gültəkin Şirinova (55 kq) həlledici görüşdə macarıstanlı Gerda Tereklə bacarmayıb (0:11) və gümüş medalla kifayətlənib.
Günay Qurbanovanın (59 kq) belaruslu Marta Hetmanavayla final qarşılaşması gərgin mübarizə şəraitində keçib. Rəqibinə minimal fərqlə (2:1) qalib gələn Qurbanova ötənilki nəticəsini təkrarlayıb və titulunu qorumaqla yenidən U23 Avropa çempionu olub.










































































