Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri növbəti beynəlxalq yarışda ölkəmizi təmsil ediblər.
Sportnet.az xəbər verir ki, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Rəşad Əliyev, “B” kateqoriyalı beynəlxalq dərəcəli hakim Ülvi Əliyev və respublika dərəcəli hakim İslam Nəcəfquliyev ədalət təmsilçiləri sırasında yer alıblar.
Onlar Türkiyənin İstanbul şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa Kubokunda çıxış ediblər.














































































