1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Brilliant oğlan" finalda
Avstriyanın Lints şəhərində karateçilərin dünya çempionatı keçirilir. Sportnet.az-ın məlumatına görə, Azərbaycan milli komandasının və "Qəbələ” İdman Klubunun üzvü Rafael Ağayev (75 kq) yarışın ilk günündə tatami üzərinə çıxıb.
4 qat dünya və 13 qat Avropa çempionumuz Macarıstan, Hollandiya, Özbəkistan və Ermənistandan olan rəqiblərini məğlub edərək yarımfinala yüksəlib. Bu mərhələdə iranlı idmançıya qalib gələn Ağayev finala vəsiqə qazanıb. Düzdür, karateçimiz finala yüksəlmək yolunda mübarizədə üzündən zədələnib. Lakin Rafael sonadək mübarizə apararaq qələbə qazana bilib. O, həlledici qarşılaşmada misirli idmançı ilə üz-üzə gələcək.
Qeyd edək ki, "Bakı-2015" I Avropa Oyunlarının da qalibi olan Ağayev "brilliant oğlan" ləqəbi ilə tanınır.