
Azərbaycanda idmançı 2 ay əvvəl aldığı zədədən həyatını itirib. Sportnet.az-ın məlumatına görə, Tərtər şəhər sakini Cəlal Ramil oğlu Cəhdi bu gün dünyasını dəyişib.
15 yaşlı Cəhdi kikboksinq idman növü üzrə müxtəlif yarışlarda qələbə qazanıb.
Yaxınlarının verdiyi xəbərə görə, o, 2 ay əvvəl Göyçayda keçirilən yarışda zədə alıb. Bir müddət müalicə keçib. 2 gün əvvəl halı pisləşən yeniyetmə bu gün Bakı xəstəxanalarından birinə aparılarkən yolda ölüb.
Mənbə: apa.az