1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan karateçilərindən dünya çempionatında 3 medal
Avstriyanın Lints şəhərində keçirilən 24-cü dünya çempionatını Azərbaycan karateçiləri 3 medalla başa vurub. Sportnet.az-ın məlumatına görə, medallardan biri qızıl, biri gümüş, biri isə bürüncdür.
75 kq çəkidə çıxış edən Rafael Ağayev 5-ci dəfə dünyanın ən güclüsü adına sahib çıxıb. 84 kq-da yarışan Ayxan Mamayev gümüş, 60 kq-da Firdovsi Fərzəliyev isə bürünc medal əldə edib.
Komanda yarışlarının bürünc mükafatı uğrunda görüşdə isə Fransa yığmasına uduzan Azərbaycan millisi 4-cü yerlə kifayətlənib.
Beləliklə, ümumi komanda hesabında Azərbaycan 5-ci, Avropa ölkələri arasında isə 2-ci yerə sahib çıxıb.
Yarışın təntənəli bağlanış mərasimində Dünya karate Federasiyasının (WKF) prezidenti Antonio Espino Rafael Ağayevə və dünyanın daha 5 ən titullu karateçisinə "Karatenin ən yaxşıları" üçün nəzərdə tutulan hədiyyələr təqdim edib.
Qeyd edək ki, dünya çempionatında 118 ölkədən 1025 idmançı iştirak edib.