"Olimpiadadan sonra zədəli idim. İstirahət etməyə vaxt olmadı". Sportnet.az-ın məlumatına görə, bunu 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qızıl medal qazanan taekvondoçu Radik İsayev Bakıda keçirilən Qran-Pridə məğlubiyyətini şərh edərkən deyib.
O, Qran-Pridəki məğlubiyyətini belə izah edib: "Olimpiadadan sonra dərhal məşqlərə başladıq. Həkimim Rövşən sağ olsun ki, məni yarışa hazırladı. Qran-pridə birinci döyüşdə uduzsam da, 2 günlük istirahət mənə kömək etdi ki, formamı bərpa edib dünya çemnpionatında uöğurlu çıxış edim. Qran-pridə nə çatışmadığınbı dəqiq deyə bilmərəm".