1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Karateçilərimiz Bolqarıstana yollanır
Azərbaycanın yeniyetmə və gənclərdən ibarət komandaları Bolqarıstanın paytaxtı Sofiyada növbəti Avropa çempionatında iştirak edəcəklər.
Sportnet.az-ın Azərbaycan Milli Karate Federasiyasının rəsmi saytına istinadən veridiyi məlumata görə, 14-18 yaşlı yeniyetmə və gənclərin baş məqçisi Anar Allahverdiyev 14-15 yaşlıların yarışında Tale Yaqubovun (52 kq), Rəşid Həqiqətli (57 kq), Tural Yaqubov (63 kq), Fərid Şahbazlı (70 kq), Mədinə Sadıqova (47 kq), Ayla Rzazadə (54 kq) və Səma İmanzadənin (+54 kq) çıxış etməsinə qərar verib.
Məşqçilər heyəti həmçinin 16-18 yaşlı gənclərdə Həsən Əliyevə (55 kq), Hümmət Baxşəliyev (61 kq), Ruslan Əhmədov (68 kq), Murad Balakişiyev (76 kq), Murad Hacızadə (+76 kq), Fidan Teymurova (48 kq), İnci Əzizova (53 kq) və Bəsti ismayılovaya (+53 kq) fərqlənmək imkanı verib.
18-20 yaşlı gənclərin baş məşqçisi Şahin Xudaverdiyev isə kumite yarışlarında 8 idmançıya, o cümlədən Elcan Məmmədrzayevə (60 kq), Mirtaleh Əliyev (67 kq), Vüsal Kamallı (75 kq), Elman Babayev (84 kq), Sərxan Quluzadə (+84 kq), Asiya Məlikova (50 kq), İrina Zaretska (61 kq) və Fəridə Əliyevaya (+68 kq) medal qazanmaq şansı yaradıb.
Kata üzrə bütün ya qruplarının baş məşqçisi, əməkdar məşqçi Vahid Ayvazov 14-15 yaşlı yeniyetmələrdə Ceyhun İsmayılova, 18-20 yaşlı gənclərdə isə Roman Heydərova güvənib.
Qeyd edək ki, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə fevralın 15-də Sofiyaya yola düşən heyət 6 gün sonra vətənə dönəcək.