Almaniyanın Haydenhaym şəhərində 317 nəfər idmançının qatıldığı qılıncoynatma üzrə kişilərin Dünya Kuboku yarışına start verilib.
Sportnet.az-ın məlumatına görə, şpaqaçımız Kənan Əliyev həmin yarışa uğurlu start verib.
Qrup mərhələsində keçirdiyi 6 görüşün hamısını qalib başa vuran həmyerlimiz macarıstanlı, belçikalı, isveçrəli, kolumbiyalı, avstriyalı və venesuelalı rəqiblərini məğlub edərək qrupu lider tamamlayıb.
Bu nəticə idmançımıza 1/32 finala vəsiqə qazandırıb.
Bu mərhələnin görüşləri yanvarın 26-da keçiriəcək.