1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Karateçilərimiz üçün Qvadalaxara sınağı
Karate üzrə böyüklərdən ibarət milli komandanın ikinci heyətinin 6 üzvü İspaniyanın Qvadalaxara şəhərində nüfuzlu turnirdə iştirak edəcək.
Sportnet.az xəbər verir ki, milli komandanın məşqçisi Qurban Tağıyevin rəhbərlik etdiyi heyətdə Elcan Məmmədrzayev (-60 kq), Rafiz Həsənov (-67 kq), Samir Məmmədov və Novruz Əliyev (hər ikisi -75 kq), Pənah Abdullayev (-84 kq) və Fidan Teymurova (-50 kq) var. Yarış 8 – 12 fevralda baş tutacaq.
İspaniyada bu A seriyası yarışı Dünya Karate Federasiyasının (WKF) 2018-ci ildə nəzərdə tutduğu 4 analoji turnirdən birincisidir. Milli komandanın əsas heyəti isə gələn həftəsonu Dubayda daha nüfuzlu Karate 1 Premyer Liqa turnirinə hazırlıqları davam etdirir.