"Sərhədçi" Olimpiya İdman Mərkəzində 23 yaşadək cüdoçular arasında Bakı şəhər açıq birinciliyinə start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk yarış günündə qızlar bütün çəki dərəcələrində, oğlanlar isə 60 və 66 kq çəki dərəcələrində mübarizə aparırlar. Açıq birinciliyə mayın 26-da yekun vurulacaq.
Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 30 klubdan 288 cüdoçu (254 oğlan, 34 qız) mübarizə aparır.