Rusiyanın paytaxtı Moskvada kikboksinq üzrə "JARA Fight Show" turniri keçirilib.
Sportnet.az xəbər verir ki, Azərbaycanın K-1 döyüşçüsü Zabit Səmədov turnirdə fransalı Freddi Kemayoya qalib gələrək "King of Kings" versiyası üzrə Avropa çempionu adını qazanıb.
Səmədov 5 dəqiqə davam edən döyüş ərzində aşkar üstün tərəf olub. Üç hakim birmənalı olaraq ona 50:46 hesablı qələbə verib.
Bu, 34 yaşlı idmançının sayca 99-cu qələbəsi olub.
Döyüş Moskvanın "Vegas City Hall" kompleksində baş tutub.