1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Milli Avropa çempionatına 5 taekvondoçu ilə gedir
Sabah para-taekvondo üzrə Azərbaycan milli komandası Avropa çempionatına yollanır.
Sportnet.az-ın Azərbaycan Taekvondo Federasiyasının saytına istinadən verdiyi məlumata görə, iyunun 10-da başlayacaq və Bolqarıstanın Plovdiv şəhərində keçiriləcək sayca 7-ci olan qitə çempionatında ölkəmizi 5 idmançı təmsil edəcək.
Yarışda böyük məşqçilər Yaşar Səfərov və Fərid Tağızadənin rəhbərliyi ilə milli komandanın üzvləri İmaməddin Xəlilov (K-44, -61 kq), Nicat Müslümov ( K-43 -75 kq), Əbülfəz Abuzərli (K-44 -75 kq), Vuqar Adışirinov (K-44 +75 kq) və Aynur Məmmədova (K-44 +58 kq) mübarizə aparacaq.
Qeyd edək ki, Plovdiv şəhərinin "Kolodruma" idman sarayında baş tutacaq G4 kateqoriyalı yarışın qalibləri aktivlərinə 40 reytinq xalı əlavə etmiş olur.