Dünən Xorvatiyanın paytaxtı Zaqrebdə boks üzrə gənclər arasında Avropa birinciliyi start götürüb. Sportnet.az-ın Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, yarışda 41 ölkənin 233 boksçusu mübarizə aparacaq.
Milli komandamız turnirdə baş məşqçi Şamil Alimzanov, məşqçilər Natiq Talıbov və İlham Alimzanovun rəhbərliyi altında tam heyətlə təmsil olunacaq. Yğımamızın heyətində dünya birinciliyinin bürünc mükafatçısı Məsud Yusifzadə (52 kq), yeniyetmələrin II Olimpiya oyunlarının iştirakçısı Məhəmmədəli Tahirov (91+kq) kimi təcrübəli boksçular var. Digər çəki dərəcələrində Elşən Abbasov (49 kq), Tayfur Əliyev (56 kq), Nurlan Nağıyev (60 kq), İsmayıl Hüseynov (64 kq), Roman Zakirov (69 kq), Şamil Əliyev (75 kq), Orxan Əliyev (81 kq) və Şükran Mehdiyev (91 kq) mübarizə aparacaqlar.
Yarışda milli komandamızla yanaşı, ölkəmizi hakim kimi Emin Qurbanəliyev də təmsil edir.
Qeyd edək ki, Avropa birinciliyinə oktyabrın 25-də yekun vurulacaq.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |