Mayın 15-də İranın paytaxtı Tehranda yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku start götürəcək. Sportnet.az-ın məlumatına görə, iki gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq.
Bir neçə gün öncə keçirilmiş püşkatmanın nəticəsinə əsasən, millimiz Cənubi Koreya, Ermənistan, İran və Finlandiya komandaları ilə B qrupuna düşüb. A qrupunda isə, Rusiya, Macarıstan, Türkiyə, ABŞ və Qazaxstan yer alır.
Komandamız artıq Tehrandadır. Baş məşqçi Cəmşid Xeyrabadi, məşqçilər Mehrizad Esfandiyarifar və Akif Əliyevin rəhbərliyi altında 13 güləşçimiz heyətdə yer alıb. Yarışlarda ölkəmizi Taleh Məmmədov, Orxan Əhmədov (hər ikisi 59 kq), Azad Əliyev, Həsən Əliyev (hər ikisi 66 kq), Rüstəm Əliyev, Rəsul Çunayev (hər ikisi 71 kq), Elvin Mürsəliyev (75 kq), Emin Əhmədov (80 kq), Şəhriyar Məmmədov, Saman Təhmasibi (hər ikisi 85 kq), Araz Həsənov (98 kq), Sabah Şəriəti və Valera Rodriqes (hər ikisi 130 kq) təmsil edəcək.
Yarışın proqramına əsasən, mayın 15-də qrup görüşləri keçiriləcək. Qrup liderləri finalda, qrup ikinciləri isə, 3-cülük uğrunda görüşəcək.
Görüləri idarə edənlər arasında azərbaycanlı beynəlxalq dərəcəli hakim Qərib Əliyev də olacaq.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |