İspaniyanın Marina Dor şəhərində yeniyetmə taekvondoçular arasında Avropa çempionatına start verilib.
Sportnet.az xəbər verir ki, ilk yarış günündə Azərbaycan millisi bir gümüş medal qazanıb. 37 kq çəki dərəcəsində mübarizə aparan Rahid Vəliyev Fransa (21:19), Türkiyə (13:10) və Rusiyadan (26:04) olan rəqiblərinə qalib gəldikdən sonra yarımfinala yüksəlib. Finala gedən yolda Rusiya təmsilçisini də yenən (7:6) Vəliyev həlledici qarşılaşmada danimarkalı taekvondoçuya 32:35 hesabı ilə uduzub.
Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 11 taekvondoçu təmsil edir.