Azərbaycan karateçisi Roman Heydərov ardıcıl dördüncü dəfə böyüklər arasında Avropa çempionatının bürünc medalını qazanıb.
Sportnet.az-ın məlumatına görə, fevralda Danimarkada 21 yaşadək gənclər arasında Avropa çempionu olan Heydərov yenidən kişilər arasında Avropanın ən yaxşı kataçıları ilə birgə fəxri kürsünü bölüşüb. O, kata növündə həlledici görüşdə təcrübəli rəqibi İlya Smorqunerldən (Almaniya) 2.04 xal üstün olub. Heydərov bürünc medalı 25.9 xalla qazanıb.
Əvvəlki görüşləri
1. 25 xal, qrupun qalibi
2. 24.26 xal, qrupun ikincisi
3. 25.20 xal, qrupun ikincisi
Qeyd edək ki, daha əvvəl Rafael Ağayev kumite yarışında 75 kq çəki dərəcəsində gümüş medala sahib olub.