Sərbəst güləş üzrə Azərbaycan millisi Türkiyənin İstanbul şəhərində Yaşar Doğunun xatirəsinə keçiriləcək beynəlxalq turnirə yollanıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, 47-ci dəfə keçiriləcək yarışa iyulun 11-də start veriləcək. Reytinq xarakterli turnirdə baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Georgi Edişeraşvili (57 kq), Əli Rəhimzadə (65 kq), Murtuzəli Müslimov, Gitinoməhəmməd Hacıyev (hər ikisi 70 kq), Mahal Novruzov (74 kq), Abubakr Abakarov (79 kq), Aleksandr Qostiyev, Murad Süleymanov (hər ikisi 86 kq), Şamil Zubairov (92 kq) və Aslanbek Alborov (97 kq) çıxış edəcək.
Qeyd edək ki, ənənəvi yarışda olimpiya kateqoriyalı azərbaycanlı hakimlər Hicran Şərifov və İntiqam Alıyev ədaləti qoruyacaq.