16-18 yaşlı karateçilərdən ibarət Azərbaycan milli komandası Çilinin paytaxtı Santyaqodakı Xl dünya çempionatının üçüncü yarış günü 4 medal qazanıb.
Sportnet.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Hüseyn Məmmədli (61 kq) gümüş, Sultan Hüseynov (55 kq), Hüseyn Hüseynzadə (76 kq) və Polina Qurenko (53 kq) isə bürünc medala sahib olub. Təsəlliverici görüşlərə qatılan Namiq Quliyev (+76 kq) və üç görüşünü qələbə ilə başa vuran Ayla Rzazadə (59 kq) medalçılar arasına düşə bilməyib.
Bu gün 21 yaşadək gənclərin yarışında Hümmət Baxşəliyev (67 kq) və Murad Hacızadə (+84 kq) çıxış edəcəklər.