
Bosniya və Herseqovinanın Sarayevo şəhərində keçirilən WAKO versiyası üzrə dünya çempionatında 9 medal qazanıblar.
Sportnet.az-ın məlumatına görə, medallardan 2-si qızıl, 2-si gümüş, 5-i bürünc əyarlı olub.
Ramal Aslanov və Eduard Məmmədov qızıl, Məhəmməd İmanov və Telman Məhərrəmov gümüş, Nurlan Məmmədov, Emil Hümbətov, Anar Məmmədov, Asef Aslanov və Fuad Haşimi bürünc medala sahib olub.