Kişi boksçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışına start verib.
Sportnet.az-ın federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yeni baş məşqçi Umberto Orta Dominqezin rəhbərliyi altında bir araya gələn yığma hazırlığı Bakı Boks Mərkəzində keçir.
Gündə 2 dəfə təşkil olunan məşqlərə hər bir çəki dərəcəsindəki liderlər cəlb edilib. Noyabrın 21-də başa çatacaq toplanışda əsas məqsəd milli üzvlərinin hazırkı durumu ilə tanışlıq xarakteri daşıyır.
Hazırlığın ardınca Azərbaycan çempionatı başlayacaq və yarışın yekununa əsasən baş məşqçi milli komandanın heyətini formalaşdıracaq.