Azərbaycan karateçisi İrina Zaretska Çilinin paytaxtı Santyaqoya yollanıb.
Sportnet.az-ın federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, qadın idmançı yanvarın 10-da start götürəcək Karate1 Seriya A turnirində iştirak edəcək. O, 3 gün davam edəcək yarışda 68 kq çəki dərəcəsində mübarizə aparacaq.
Dünya və olimpiya reytinqinə başçılıq edən Zaretska Cənubi Amerikaya qadınlardan ibarət yığmanın baş məşqçisi Denis Morozovun rəhbərliyi altında gedib. Dünya Karate Federasiyasının (WKF) bayrağı altında keçiriləcək turnirə 65 ölkədən 466 idmançı qatılacaq. Yarışın hər bir mərhələsi idmançılara olimpiya reytinq xalları qazandıracaq.
Qeyd edək ki, bu, 2020-ci ildə karate üzrə ilk sınaq olacaq.