Azərbaycanın yeniyetmə və gənclərdən ibarət milli komandası baş məşqçi Anar Allahverdiyevin rəhbərliyi ilə Xorvatiyanın Samobor şəhərində 29-cu beynəlxalq "Gran Pri" turnirində 10 medal qazanıb.
Milli Karate Federasiyasından Sportnet.az-a verilən məlumata görə, mükafatların biri qızıl, ikisi gümüş, yeddisi isə bürüncdür. Murad Hacızadə (+84 kq, 18-20 yaşlı gənclər arasında) çempion olub. Fərid Savadov (-57 kq, 14-15 yaşlı yeniyetmələr) və Osman Osmanlı (+76 kq, 16-17 yaşlı yeniyetmələr) ikinci yeri tutub.
Sultan Hüseynov və Ramil Baxşəliyev (-55 kq, 16-17 yaşlı gənclər), Abbas Dadaşov (-68 kq, 16-17 yaşlı gənclər), Tale Yaqubov (-68 kq, 16-17 yaşlı gənclər), Həsənəli Həsənəliyev (kata, 16-17 yaşlı gənclər), eləcə də Ceyhun İsmayılov (kata, 18-20 yaşlı gənclər) və Fidan Teymurova (-50 kq, 18-20 yaşlı gənclər) bürünc medal qazanıb. Yarışda 24 ölkədən 2047 karateçi iştirak edib.
Qeyd edək ki, karateçilər 7 - 9 fevralda Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa çempionatının hazırlıqları davam etdirəcək.