Milli Paralimpiya Komitəsinin cüdo idman növü üzrə qadınlardan ibarət yığması Gürcüstanın Batumi şəhərində təlim-məşq toplanışına başlayıb.
Komitədən Sportnet.az-a verilən məlumata görə, toplanışa baş məşqçi Ramin İbrahimovun rəhbərliyi ilə 15 nəfərlik heyət qatılıb. Toplanış yanvarın 29-da yekunlaşacaq.
Qeyd edək ki, hazırlıq prosesində komandanın iştirakına Neftçi İdman Klubu İctimai Birliyi dəstək verir.