Qadın güləşi üzrə Azərbaycan milli komandası Türkiyədə təlim-məşq toplanışı keçir.
Sportnet.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 27-dən Ədirnədə məşqlərə başlayan milli Türkiyə və Çin Taypeyindən olan komanda ilə birgə hazırlıqları davam etdirir. Toplanış 10 - 16 fevralda İtaliyanın paytaxtı Romada keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır.
Yeri gəlmişkən, Türkiyənin "Beinsport" telekanalı 3 komandanın iştirakıyla baş tutan təlim-məşq toplanışından reportaj hazırlayıb. Millinin baş məşqçisi Aslan Ağayev Türkiyə Güləş Federasiyasına toplanışın təşkilində yaratdığı şəraitə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib.