
Bu il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilməsi planlaşdırılan karate üzrə dünya çempionatı baş tutmayacaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə Dünya Karate Federasiyası (WKF) qərar çıxarıb.
25-ci mundial 2021-ci il 16 - 21 noyabrda eyni məkanda olacaq. Mundialda Azərbaycan karateçilərinin də iştirakı nəzərdə tutulur.