
Azərbaycan millisinin üzvü Asiman Qurbanlı (+84 kq) Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Karate1 Premyer Liqanın finalına çıxıb.
Sportnet.az xəbər verir ki, ardıcıl olaraq, Rumıniya, İsrail, Ukrayna və Almaniyalı idmançıları məğlub edən karateçinin qızıl medal uğrunda həlledici görüşdə rəqibi Gürcüstan təmsilçisi olacaq.
Eyni zamanda bu gün Azərbaycanın kata üzrə milli komandası bürünc medal görüşünə çıxacaq. Nüfuzlu turnir idmançılara Tokio Yay Olimpiya Oyunlarında iştirak etmək üçün xüsusi reytinq xalları da qazandırır.