1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Sofiyaya lisenziya üçün gedən heyət açıqlandı
Taekvondo və para-taekvondo üzrə Azərbaycan milli komandaları Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarına lisenziya xarakterli Avropa təsnifat turniri üçün Bolqarıstanın paytaxtı Sofiyaya yollanıb.
Sportnet.az-ın məlumatına görə, taekvondo millisinin heyətində qaydalara uyğun olaraq, üç idmançı yer alıb. Kişilərin yarışına yalnız Avropa, dünya və olimpiya çempionu Radik İsayev (+80 kq), qadınların mübarizəsinə isə Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) qatılacaq. Onlar baş məşqçilər Reza Mehmandust və Elnur Amanovun rəhbərliyi altında 7-8 mayda çıxış edəcəklər. Daha əvvəl kişi taekvondoçu Milad Beigi Hərçəqani olimpiadaya lisenziyanı təmin edib.
Mayın 9-da isə 2 kişi və 2 qadın para-taekvondoçu mübarizəyə qoşulacaq. Baş məşqçi Fərid Tağızadə və böyük məşqçi Yaşar Səfərov İmaməddin Xəlilov (K-44; 61 kq), Əbülfəz Abuzərli (K-44; 75 kq), Röyalə Fətəliyeva (K-44; 49 kq) və Aynur Məmmədovaya (K-44 58 kq yuxarı) şans verib.
Qeyd edək ki, federasiyanın vitse-prezidenti Niyaməddin Paşayev də komanda ilə birlikdə Sofiya şəhəinə yollanacaq.