
Xorvatiyanın Poreç şəhərində Dünya Karate Federasiyasının (WKF) Gənclər Liqasında mövsümün ikinci turniri başa çatıb.
Sportnet.az xəbər verir ki, kadetlərin 57 kq çəki dərəcəsindəki final görüşündə Məhəmməd Xamoyev Salman Əlirzayevə qalib gələrək qızıl medala sahib olub. Eyni yaş qrupunun 70 kq çəkidəki görüşlərinin həlledici qarşılaşmasında isə Rumil Cəfərli Xudaş Ağayevi məğlub edərək çempion olub. Kadetlərdə daha bir gümüş medalı Aysu Əliyeva (47 kq) əldə edib. U-14 turirində İsmayıl Xamoyev birinci, Ələddin Məlikov (hər ikisi 45 kq) isə üçüncü yeri tutub.
Gənclər Liqasına 50 ölkədən 1590 idmançı qatılıb. Yarışda Azərbaycanı 29 karateçi təmsil edib. Turnir həm də avqustun ikinci yarısı Finlandiyanın Tampere şəhərində yeniyetmə və gənclərin Avropa çempionatına son hazırlıq xarakteri daşıyıb.