
Azərbaycanın qılıncoynadanı Anna Başta Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, idmançı 1/8 finalda rusiyalı Olqa Nikitina ilə qarşılaşıb.
Rəqibinə 13:15 hesabı ilə uduzan Başta yarışla vidalaşıb. O, daha əvvəl ABŞ təmsilçisi En-Elizabet Stoundan güclü olub.
--------------------------------------------------
Azərbaycanın qılıncoynadanı Anna Başta Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Sportnet.az-ın məlumatına görə, idmançı 1/16 final mərhələsində ABŞ təmsilçisi En-Elizabet Stounla üz-üzə gəlib.
Rəqibinə 15:9 hesabı ilə qalib gələn Başta 1/8 finala yüksəlib.
O, bu raundda rusiyalı Olqa Nikitina ilə qarşılaşacaq.