
"Rusiya hücumlarına və Ukraynanı bombalamağa davam edir".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycanın qadın karateçisi İrina Zaretska (68 kq) şəxsi instaqram səhifəsində yazıb.
Əslən Ukraynadan olan 26 yaşlı idmançı ölkəsinə olan hərbi müdaxilənin xilasetmə əməliyyatı olmadığını bildirib: "Bu, müharibədir. Sadəcə, silahlarını götürüb vətənimizə gəliblər. Ukrayna bu müharibədə tək qalıb. Amma bilirəm ki, biz güclüyük".
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı olan İrina Zaretska 2 qat dünya və Avropa çempionudur.