İranın paytaxtı Tehranda "President Cup" turnirinə start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk yarış günündə Azərbaycan milli komandası aktivinə bir medal əlavə edib.
53 kq çəki dərəcəsində mübarizə aparan qadın taekvondoçu Patimat Abakarova 3-cü yeri tutub.
Qeyd edək ki, Patimat Abakarova martın 7-də Tehranda G2 kateqoriyalı beynəlxalq "Fajr Open" turnirində də bürünc medal qazanıb.