Azərbaycan cüdoçuları Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında ilk günü medalsız başa vurublar.
Sportnet.az-ın məlumatına görə, 66 kq çəki dərəcəsində çıxış edən Yaşar Nəcəfov bürünc medal uğrunda görüşdə italiyalı Elios Mantsiyə uduzub.
60 kq-da yarışan Balabəy Ağayev isə üçüncü yer uğrunda qarşılaşmada belçikalı Jorre Verstraetenə məğlub olub. Hər iki idmançı 5-ci yerlə kifayətlənib.
Qeyd edək ki, Azərbaycan Avropa çempionatında 11 cüdoçu ilə təmsil olunur. Mayın 1-də başa çatacaq yarışda 40 ölkədən 361 idmançı (207 kişi, 154 qadın) iştirak edir.
-------------------------------------------
Azərbaycanın iki cüdoçusu Balabəy Ağayev və Yaşar Nəcəfov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə çıxacaq.
Sportnet.az məlumatına görə, 60 kq-da yarışan Ağayev Savva Karakizidi (Yunanıstan) və David Pulkrabeki (Çexiya) yensə də, 1/4 finalda Françisko Qarriqosa (İspaniya) məğlub olub. Ağayev təsəlliverici görüşdə Tornike Tsjakadoea (Niderland) ilə dueldən qalib ayrılıb.
Eyni çəkidəki Əhməd Yusifov Riko Bernabeunu (İspaniya) mübarizədən kənarlaşdırsa da, 1/8 finalda Jorre Verstraetenə (Belçika) yenilib. Balabəy Ağayev bürünc medal uğrunda məhz Verstraetenlə görüşəcək.
66 kq çəki dərəcəsində çıxış edən Yaşar Nəcəfov ardıcıl olaraq Radu İzvoryanu (Moldova), Orlando Kazorla (Fransa), Denislav İvanov (Bolqarıstan) qalib gəlsə də, yarımfinalda Boqdan İadova (Ukrayna) məğlub olub. Nəcəfov medal görüşündə Elios Manzinin müqavimətini qırmağa çalışacaq.
Eyni çəkidəki İbrahim Əliyev 1/16 final mərhələsinə təsadüf edən ilk görüşündə Tal Flikerə (İsrail) uduzub.
Qadınlardan 48 kq çəkidə yer alan Şəfəq Həmidova 1/8 final mərhələsində Xuliya Figeroaya (İspaniya), Ramilə Əliyeva Katarina Koştaya (Portuqaliya) uduzub.
Qeyd edək ki, Azərbaycan Avropa çempionatında 11 cüdoçu ilə təmsil olunur. Mayın 1-də başa çatacaq yarışda 40 ölkədən 361 idmançı (207 kişi, 154 qadın) iştirak edir.
---------------------
Bu gün Azərbaycanın 6 cüdoçusu Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.
Sportnet.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Balabəy Ağayev 1/16 final mərhələsində Savva Karakizidi (Yunanıstan), eyni çəkidəki Əhməd Yusifov Riko Bernabeu (İspaniya) ilə üz-üzə gələcək.
66 kq-da yarışan Yaşar Nəcəfov 1/16 finalda Radu İzvoryanu (Moldova), İbrahim Əliyev Tal Fliker (İsrail) ilə görüşəcək.
Qadınlardan 48 kq çəkidə yer alan Şəfəq Həmidova 1/8 final mərhələsində Xuliya Figeroanın (İspaniya), Ramilə Əliyeva Katarina Koştanın (Portuqaliya) müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, Azərbaycan Avropa çempionatında 11 cüdoçu ilə təmsil olunur. Yarış mayın 1-də başa çatacaq.
Kişilər
60 kq
1/16 final. Balabəy Ağayev - Savva Karakizidi (Yunanıstan)
1/8 final. Balabəy Ağayev - David Pulkrabek (Çexiya)
1/4 final. Balabəy Ağayev - Françisko Qarriqos (İspaniya)
təsəlliverici görüş. Balabəy Ağayev - Tornike Tsjakadoea (Niderland)
bürünc medal görüşü: Balabəy Ağayev - Jorre Verstraeten (Belçika)
1/16 final. Əhməd Yusifov - Riko Bernabeu (İspaniya)
1/8 final. Əhməd Yusifov - Jorre Verstraeten (Belçika)
66 kq
1/16 final. Yaşar Nəcəfov - Radu İzvoryanu (Moldova)
1/8 final. Yaşar Nəcəfov - Orlando Kazorla (Fransa)
1/4 final. Yaşar Nəcəfov - Denislav İvanov (Bolqarıstan)
1/2 final. Yaşar Nəcəfov - Boqdan İadov (Ukrayna)
bürünc medal uğrunda görüş: Yaşar Nəcəfov - Elios Manzi (İtaliya)
1/16 final. İbrahim Əliyev - Tal Fliker (İsrail)
Qadınlar
48 kq
1/8 final. Şəfəq Həmidova - Xuliya Figeroa (İspaniya)
1/8 final. Ramilə Əliyeva - Katarina Koşta (Portuqaliya)