ABŞ-ın Birminqem şəhərində keçiriləcək Ümumdünya Oyunlarında Azərbaycanı təmsil edəcək kikboksçu Bəhram Rəcəbzadənin ilk rəqibi bəlli olub.
Federasiyadan Sportnet.az-a verilən məlumata görə, 91 kq-dan yuxarı çəki dəcərəsində K1 üsulu ilə çıxış edən idmançı 1/4 finalda monteneqrolu Miroslav Vuyoviçlə qarşılaşacaq.
Dünya çempionu yarımfinala adlayacağı halda, Oskar İquera (Venesuela) – Roman Şerbatyuk (Ukrayna) cütünün qalibi ilə görüşəcək.
Qeyd edək ki, Ümumdünya Oyunlarında kikboksinq yarışları 10 - 15 iyulda təşkil olunacaq.