Türkiyənin Konya şəhərində keçirilən V İslam Oyunlarında taekvondo yarışlarının ilk günündə Azərbaycanın bürünc medal qazanması müəyyənləşib.
Sportnet.az-ın Konyaya ezam olunmuş əməkdaşının məlumatına görə, 58 kq çəki dərəcəsində yarışan Həşim Məhəmmədov yarımfinalda uduzaraq üçüncü yerlə kifayətlənib.
Bununla da Azərbaycanın İslamiadada qazandığı medalların sayı 2-yə çatıb. Ölkə medal sıralamasında 1 qızıl və 1 bürünclə 8-cidir.