
"Yarış çox yüksək səviyyədə keçirildi. Bu, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarından daha gözəl təşkil olunmuşdu. Bu səbəbdən başda Yaşar Bəşirov olmaqla, hər kəsə təşəkkür edirəm".
Sportnet.az xəbər verir ki, bunu "Report"a açııqlamasında Bakıdakı Premyer Liqa turnirində qızıl medal qazanan Azərbaycan karateçisi Əminağa Quliyev deyib.
60 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı özünü sübut etdiyini bildirib: "Gənclər arasında 2 dəfə Avropa çempionu və 1 dəfə qitə 3-cüsü olmuşam. Amma böyüklər arasında 4-5 yarış idi uğursuz çıxış edirdim. Bu da böyük yaş kateqoriyasına keçidlə bağlı idi. Düşünürəm ki, bundan sonra daha yaxşı çıxış edəcəyəm".
O, bütün döyüşlərinin çətin keçdiyini söyləyib: "Qrupdan çıxdıqdan sonra dünya reytinqinin 1-cisi olan türkiyəli Eray Şamdanla qarşılaşdım. Çox çətin görüşalındı. Ona 4:3 hesabı ilə qalib gəldim. Finala gedən yolda Yunanıstan təmsilçisini məğlub etdim. Finalda isə misirli Kərim Aboeittadan güclü oldum. Döyüşün necə çətin keçdiyini hamı gördü".