1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Albaniyada 6 medal - FOTOLAR
Azərbaycan taekvondoçuları Tiranada keçirilən açıq Albaniya çempionatında 6 medal qazanıb.
Sportnet.az xəbər verir ki, G2 kateqoriyalı yarışda Qaşım Maqomedov (58 kq), Taleh Süleymanova (80 kq) və Patimat Abakarova (49 kq) qızıl medala layiq görülüblər. Yalnız finalda məğlub olan Minayə Əkbərova (46 kq) ikinci yeri tutub.
Həmidrza Sədri (58 kq) və Sona Ağayeva (46 kq) isə bürünc medalla kifayətlənib.
Bu nəticə ilə Azərbaycan millisi kişi taekvondoçuların medal siyahısında komanda hesabında birinci, qadınlarda isə üçüncü yerə sahib olub.
Beynəlxalq dərəcəli azərbaycanlı hakim Ramal Camalov isə çempionatın ən yaxşı referilərindən biri seçilib.