Lommel şəhərində keçirilən açıq Belçika çempionatı başa çatıb.
Sportnet.az xəbər verir ki, G2 kateqoriya yarışı Azərbaycan millisi komandası 1 gümüş və 2 bürünc medalla başa vurub.
Yığmanın heyətində Səyyad Dadaşov (54 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıb. Digər taekvondoçularımızdan Qaşım Maqomedov (58 kq) və Patimat Abakarova (hər ikisi 53 kq) isə bürünc medala sahib olublar.
Qeyd edək ki, milli komanda Bakıya martın 20-də qayıdacaq.