1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Karateçilərimiz "Bosphorus Open"də
Bakı-2015 1-ci Avropa Oyunlarına hazırlığın son mərhələsində olan qadınlardan ibarət karate üzrə milli komandamız İstanbula nüfuzlu turnirə yollanıb. Sportnet.az-ın federasiyanın rəsmi saytına istinadən məlumatına görə, 1-3 may tarixlərində müxtəlif yaş quruplarında 28-ci "Bosphorus Open" beynəlxalq turnirində böyüklərdən 5 nəfər kumite, 2 idmançı kata yarışlarında, 2 karateçi isə 16-17 və 18-21 yaşlılar arasında tatamiyə çıxacaq.
Kumitedə 16-18 yaşlı seçmə komandanın üzvlərindən Ülvi Qurbanov (-60 kq), 18-21 yaşlılardan Sərxan Quluzadə (+84 kq), böyüklərdən Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), İrina Zaretska (-68 kq) və Aytən Səmədli (+68 kq) döyüşəcək. Kata yarışlarına isə Tural Balcanlı ilə Ədilə Qurbanova qatılacaq.
16-18 yaşlı gənclərdən ibrət seçmə komandanın böyük məşqçisi, əməkdar məşqçi Şahin Xudaverdiyevə məşqçi Denis Morozov kömək edəcək. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə İstanbula yola düşən idmançılarımız mayın 4-də Bakıya qayıdacaqlar.