
Macarıstanın paytaxtı Budapeştdə karate üzrə dünya çempionatı keçirilir.
Sportnet.az xəbər verir ki, azərbaycanlı karateçi İrina Zaretska (68 kq) finalda İsveçrə təmsilçisi Yelena Quriçlə qarşılaşıb.
Rəqibinə 4:3 hesabı ilə qalib gələn Zaretska 3-cü dəfə dünya çempionu olub.
O, bundan əvvəl 2018 və 2021-ci illərdə keçirilən mundiallarda qızıl medal qazanıb.