Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, mayın 2-4-də Tacikistanın paytaxtı Düşənbədə “Böyük Dəbilqə” turniri keçiriləcək.

 

Azərbaycan Cüdo Federasiyasından sportnet.az-a verilən məlumata görə, Azərbaycan bu yarışda 6 çəki dərəcəsində 8 cüdoçu ilə təmsil olunacaq. Milli komandaya böyüklərdən ibarət yığmanın böyük məşqçisi Slavko Tekiç rəhbərlik edəcək.

 

Turnirin ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev də yer alacaq.

 

Qeyd edək ki, üç gün davam edəcək yarışda 27 ölkədən 226 idmançı (123 kişi, 103 qadın) iştirak edəcək.

 

Kişilər

60 kq
Balabəy Ağayev

66 kq
Yaşar Nəcəfov

73 kq
Vüsal Qələndərzadə

81 kq
Süleyman Şükürov

90 kq
Vüqar Talıbov
Elcan Hacıyev

+100 kq
Camal Qamzatxanov
Kənan Nəsibov