Azərbaycan qılıncoynadanı Nazilə Rəhimova Türkiyənin İstanbul şəhərində şpaqa növü üzrə gənclər arasında keçirilən Dünya Kubokunun pley-offunda mübarizəni dayandırıb.
Federasiyadan Sportnet.az-a verilən məlumata görə, idmançı qız şpaqaçıların şəxsi yarışında qrup mərhələsini 3 qələbə ilə başa vurub. Pley-offda fransalı Elea Jouve ilə qarşılaşan Rəhimova rəqibinə 10:15 hesabı ilə məğlub olub.
Azərbaycanın digər təmsilçiləri Xədicə Həsənli və Azərin İdriszadə isə qrup mərhələsini adlaya bilməyib.
Qızların komanda yarışında ilk görüşdə Honkonqa 45:20 hesabı ilə qalib gələn yığma ən güclü "8-liy"ə yüksəlmək uğrunda keçirilən görüşdə turnirin qalibi Polşa yığmasına uduzub - 18:45.