
"Qəbələ” klubunun futbolçusu Daniel Subotiçin sevgilisi İoana Qrama ilə birgə sosial şəbəkədə paylaşdığı erotik fotolardan danışıb. 25 yaşlı hücumçu Sportnet.az-a açıqlamasında belə fotolara verilən reaksiyanı normal qarşıladığını bildirib.
Subotiçin fikrincə, çəkdirdikləri açıq-saçıq şəkillər elə də problemli deyil: "Bir ildir ki, Azərbaycandayam. Sizin böyük mədəniyyətiniz, adət-ənənəniz var. Burada mənim kimi çoxlu xarici insan yaşayır. Onların hərəsi başqa adət-ənənələrə məxsusdur. Hər halda, bu mənim şəxsi həyatımdır. Ona görə də hansısa bir-iki nəfərin fikri və yaxud hansısa qəzetin nəsə yazmağı mənim üçün elə də maraqlı deyil. Bir-iki insanın fikrinə görə həyat tərzimi dəyişəsi deyiləm”.
Mən hesab etmirəm ki, o şəkillər elə də problemlidir". 











