
Bakıda "UEFA Certificate in Football Management" tədris kursunun seminarı keçirilib. Sportnet.az-ın məlumatına görə, dekabrın 3-də start götürən seminarın məqsədi UEFA-nın üzvləri və partnyorları arasında idman, xüsusi ilə futbol menecmenti üzrə biliklərin artırılmasıdır.
Proqram UEFA və Lozanna Universitetindəki "Swiss Graduate School of Public Administration" (IDHEAP) dəstəyi ilə UEFA-nın üzvü olan müxtəlif ölkələrdə keçirilir.
Tədbirdə AFFA-nın, Azərbaycan klublarının və beynəlxalq futbol təşkilatlarının nümayəndələri iştirak edib.







































































