
İyulun 25-də Bakıda Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi start götürəcək. Sportnet.az-ın Azərbaycan Güləş Federasiyasının saytına istinadən məlumatına görə, yunan-Roma güləşi üzrə yığma komandamız Olimpiya Güləş Mərkəzində hazırlıq keçir.
Təlim-məşq toplanışında pəhləvanlarımızla yanaşı, Serbiya və Norveç güləşçiləri də iştirak edir. Bu gün turnirə hazırlaşan komandamızın mətbuat üçün açıq məşqi keçirilib.
Bu məşqlər eyni zamanda, sentyabrda Özbəkistanda keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır. Milli komandamızın baş məşqçisi Cəmşid Xeyrabadi Dünya Kuboku yarışlarında qazanılan tarixi nailiyyəti xüsusilə vurğulayaraq, güləşçilərimizin qarşıdakı turnirə ciddi hazırlaşdıqlarını bildirib:
"Komandada ümumi ab-hava yüksək səviyyədədir. Yarışlara yaxşı hazırlaşmaq üçün hər cür şəraitimiz var. Buna görə də Federasiya rəhbərliyinə minnətdarlığımı bildirirəm. Qarşımızda ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran Pri” beynəlxalq turnirində uğurlu çıxış etmək tapşırığı durur. Ən azından ötən dəfəki nəticəni təkrarlamağa çalışacağıq”.
Milli komandamızın üzvü Rəsul Çunayev də turnir öncəsi fikirlərini səsləndirib: